Bakıda aeroport yolunda qəza olub, xəsarət alanlar var - - VİDEO

Tarix: 05 Apr 2026 01:11

Paytaxtın aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb. “Toyota” və “Audi” markalı avtomobillər toqquşub. Nəticədə “Audi” markalı avtomobil aşıb və 3 nəfər xəsarət alıb.

Qəza səbəbindən həmin istiqamətdə nəqliyyat sıxlığı yaranıb.

https://t.me/apa_az/117185

Bakı Xəzər qəza avtomobil tıxac

Xəbər Lenti