Çərşənbə, 25 Mart, 2026
Tarix: 06 Mar 2024 00:19
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunmasına dair Sərəncamı çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən mərhumun Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırlılması istiqamətində kompeks işlər görülüb.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Məzarın kompozisiyasında dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.
Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə yad edib.
***
28.02.2024
Saat 19:10
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb".
APA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.
“Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, - məlumatda deyilir.