Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb

Tarix: 09 Apr 2026 12:49

"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) müstəqil üzvü Asim Salamov vəzifəsindən ayrılıb.

Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, o, aprel ayından etibarən şirkətdəki vəzifəsindən kənarlaşıb.

Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə iki nəfərdən ibarət olub.

Qeyd edək ki, Asim Salamov bu vəzifəyə 2023-cü ilin yanvar ayında təyin edilmişdi. O, 2017-ci ilə kimi Bank BTB-nin Müşahidə Şurasının üzvü və rəhbəri vəzifələrində çalışıb.

Rahim Tarıverdiyev bankir AzRe Təkrarsığorta Asim Salamov

Xəbər Lenti