Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 12:55
İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Mühafizə zonalarında paylayıcı ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər:
- dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması və sökülməsi ilə bağlı şəbəkənin mühafizə zonasından istifadə etmək zərurəti yarandığı hallarda;
- torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi;
- torpaq işlərinin aparılması və planlaşdırılması;
- quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri;
- daşına bilən metal və ya ağac konstruksiyadan müxtəlif təyinatlı konteyner və ya köşklərin qoyulması.
Göstərilən işlərin şəbəkələrin mühafizə zonalarında aparılmasına dair rəsmi razılıq almış hüquqi və fiziki şəxslər həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin istismarı üçün normal şərait yaradılmasını və zədələnməsinin qarşısının alınmasını, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyini təmin etməlidirlər. Mühafizə zonalarında göstərilən işlər görülərkən şəbəkənin istismarının dayandırılması zərurəti yarandığı hallarda şəbəkənin istismarının dayandırılması paylayıcı tərəfindən hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.
Yeraltı şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr
Qurğular və mühəndis şəbəkələri
Ən kiçik məsafələr (metr)
Su kəmərinə, su novuna, qaz kəmərinə, kanalizasiyaya qədər
0,2
Zirehli rabitə kabellərinə qədər
0,5
Gərginliyi 35 kV-a qədər olan güc və nəzarət kabellərinə qədər
0,5 (darısqallıq şəraitində 0,25) - 5-ci qeydin tələblərini gözləməklə
Gərginliyi 110 kV-dan çox olan yağla doldurulmuş kabellərə qədər
1,0 (darısqallıq şəraitində 0,5) - 5-ci qeydin
tələblərini gözləməklə
Telefon kanalizasiyasının blokuna və ya borularda olan
zirehli rabitə kabellərinə qədər
0,15
Sənaye müəssisələrinin dəmir yolu relslərinin oturacağına qədər
1,0
Ümumi dəmir yolu şəbəkəsinin örtüyünün üstünə qədər
2,0
Tramvay yollarının örtüyünün üstünə qədər
1,0
Ümumi istifadəli I, II və III dərəcəli avtomobil yollarının örtüyünün üstünə qədər
1,0
Küvetin dibinə və ya digər su kənarlaşdıran qurğuların və ya dəmir yolu torpaq yatağının əsasına qədər (istilik şəbəkələri bu qurğuların altında yerləşdikdə)
0,5
Metropoliten qurğularına qədər (istilik şəbəkələri bu qurğuların üstündə yerləşdikdə)
1,0
Yerüstü şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr
Qurğular və mühəndis şəbəkələri
Ən kiçik məsafələr (metr)
Dəmir yolu relslərinin başlığına qədər
ГОСТ 9238 və ГОСТ 9720 üzrə “С”, “Сп”,
“Су” qabaritləri
Avtomobil yolunun hərəkət hissəsinin üstünə qədər
5,0
Piyada yollarının üstünə qədər
2,2
Tramvayın kontakt şəbəkəsinin hissələrinə qədər
0,3
Trolleybusun kontakt şəbəkəsinin hissələrinə qədər
0,2
Hava elektrikötürücü xətlərinin naqillərinin ən çox
sallanması halında aşağıdakı gərginlikdə ( kV)
1-ə qədər
1,0
1-20
3,0
35-110
4,0
150
4,5
220
5,0
330
6,0
500
6,5
Qeydləer.
Yer səthindən və ya avtomobil yollarının örtüyündən (I, II və III dərəcəli avtomobil yollarından başqa) istilik şəbəkələrinin dərinliyi, aşağıda göstərilənlərdən az olmayaraq qəbul edilməlidir: kanal və tunellərin örtüklərinin üstünə qədər - 0,5 m; kameraların örtüklərinin üstünə qədər - 0,3 m; kanalsız çəkilişdə boru örtüyünün üstünə qədər - 0,7 m. Avtomobil hərəkəti olmayan hissədə tunellər və kanallar üçün olan kameraların və ventilyasiya şaxtalarının örtüklərinin yer səthindən 0,4 m-dən az olmayaraq hündürlüyə çıxarılmasına yol verilir; istilik şəbəkələrinin binaya girişində yer səthindən kanalların və ya tunellərin örtüyünün üstünə qədər basdırılma dərinliyi 0,3 m, kanalsız çəkilişdə isə örtüyün üstünə qədər - 0,5 m; qrunt sularının səviyyəsi yüksək olduqda və bu zaman nəqliyyatın hərəkəti pozulmadıqda kanal və tunellərin yerləşdiyi basdırılma dərinliyinin azaldılmasına və örtüklərinin yer səthindən ən azı 0,4 m yuxarı qaldırılmasına yol verilir. İstilik şəbəkələrinin alçaq dayaqlarda yerüstü çəkilişində yer səthindən boru kəmərlərinin istilik izolyasiyasının aşağısına qədər olan məsafə aşağıda göstərilənlərdən az olmamalıdır: borular qrupunun eni 1,5 m-ə qədər olduqda 0,35 m-dən; borular qrupunun eni 1,5 m-dən artıq olduqda 0,5 m-dən. İstilik şəbəkələri yeraltı çəkilərkən güc, nəzarət və rabitə kabelləri ilə kəsişdikdə onların altında və ya üstündə yerləşdirilə bilər. Açıq istilik təchizatı sistemlərinin su istilik şəbəkələri və ya isti su təchizatı şəbəkələri kanalsız çəkildikdə və kanalizasiya şəbəkələrinin altında və ya üstündə yerləşdikdə aralarındakı məsafə 0,4 m-dən az olmayaraq qəbul edilir. İstilik şəbəkələri elektrik kabelləri ilə kəsişdikdə, gərginliyi 35 kV-a qədər olan güc və ya nəzarət kabellərinin basdırıldığı dərinlikdə qruntun temperaturu, ən kənar kabeldən 2 m-ə qədər məsafədə, yayda ən yüksək orta aylıq temperaturundan 10 °C-dən, qışda qruntun ən alçaq orta aylıq temperaturundan 15 °C-dən yuxarı olmamalıdır və yağla doldurulmuş kabellərin basdırıldığı dərinlikdə qruntun temperaturu, ən kənar kabeldən 3 m-ə qədər məsafədə, ilin istənilən vaxtında qruntun orta aylıq temperaturundan 5 °C-dən yuxarı olmamalıdır. Ümumi dəmir yolu şəbəkələri ilə istilik şəbəkələrinin qabaran qruntlarda yeraltı kəsişmə yerlərində basdırılma dərinliyi elə hesablanmalıdır ki, istilik ayrılmaları şaxta nəticəsində qruntun qabarmasının müntəzəmliyinə təsir etməsin. İstilik şəbəkələrinin basdırılma dərinliyinin hesabına tələb olunan temperatur rejimini təmin etmək mümkün olmadıqda, tunellərin (kanalların, futlyarların) ventilyasiyası, kəsişmə sahələrində qabaran qruntun dəyişdirilməsi və ya istilik şəbəkələrinin yerüstü çəkilişi nəzərdə tutulur. Telefon kanalizasiyasının blokuna və ya borularda zirehli rabitə kabelinə qədər olan məsafə xüsusi normalar üzrə dəqiqləşdirilməlidir. İstilik şəbəkələrinin rabitə kabelləri, telefon kanalizasiyasının blokları, gərginliyi 35 kV-a qədər olan güc və ya nəzarət kabelləri ilə yeraltı kəsişmə yerlərində, müvafiq əsaslandırıldıqda gücləndirilmiş istilik izolyasiyasının qurulması və bu qeydlərin 5, 6 və 7-ci bəndlərinin tələblərinə riayət edilməsi ilə, aralarındakı şaquli məsafənin azaldılmasına yol verilir. Firuzə Vahid İstilik təchizatı şəbəkəsi mühafizə zonalar