Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 17:33
Bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 152 min tona taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.
Bu barədə "APA-Economics"ə ADY-dən məlumat verilib. Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub. Bu göstərici isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.
İlahə Səlimova Azərbaycan Dəmir Yolları QSC taxıl yük daşıma