Çərşənbə, 25 Mart, 2026
Tarix: 08 Mar 2024 16:12
Müsəlman tələbələri qərbdə təhlükəsizlik baxımından narahatdırlar.
APA xəbər verir ki, bunu ABŞ-dən olan nümayəndə, Ailə və Gənclər İnstitutunun İcraçı direktoru Samirə Əhməd Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.
O, gənclərin cəmiyyətdən uzaq düşməsi halından danışıb:
"Müsəlmanlar davamlı şəkildə qərb ölkələrində təqib edilir. Həmin gənclərə universitet tərəfindən edilən baxış da, təəssüf ki, təhlükə saçır. Bu da həmin gəncləri cəmiyyətdən təcrid edir".
Direktor bu kimi hallardan təkcə həmin müsəlman gənclərin deyil, bütövlükdə cəmiyyətin əziyyət çəkdiyini deyib:
"Nəticədə, tələbələr kollecləri, universitetləri yarımçıq tərk etmək məcburiyyətində qalırlar".