Şənbə, 11 Aprel, 2026
Tarix: 11 Apr 2026 13:24
Bu ilin yanvar-fevral ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 717,8 milyon manat, sayı isə 5 milyon 31 min ədəd təşkil edib.
“APA-Economics” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə AÖS ilə aparılmış əməliyyatların həcmi 3,9 dəfə, əməliyyatların sayı isə 34,8 dəfə artıb.
Xatırladaq ki, 2025‑ci ildə ölkədə Ani Ödənişlər Sistemi vasitəsilə toplam 9 milyon 992,4 min əməliyyat üzrə 2 milyard 608,9 milyon manat həcmində ödəniş həyata keçirilib.
İlahə Səlimova Ani Ödənişlər Sistemi (AÖS) əməliyyatlar