Avropa İnkişaf və Araşdırma Akademiyası direktoru: İslamafobiya ilə mübarizə hərtərəfli həll yolları tələb edir

Tarix: 09 Mar 2024 11:32

"İslamafobiya ilə mübarizə hərtərəfli həll yolları tələb edir".

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan haqqları" adlı panel müzakirəsində Belçikadan Avropa İnkişaf və Araşdırma Akademiyasının direktoru Brahim Laytouss çıxışında bildirib.

O deyib ki, Avropada yaşayan müsəlmanlar bu regiondakı ölkələrin vətəndaşlarıdır və onların məsuliyyətləri, öhdəlikləri var: "Əgər biz icmalarımızda dəyişiklik etmək, bizimlə bağlı yanlış fikirləri aradan qaldırmaq istəyiriksə, konkret həll yolları, alternativlərlə çıxış etməliyik, İslam diskursunu yeniləməliyik. Hüquqlar və məsuliyyət anlayışını bir-birindən ayıra bilməzsiniz, yalnız hüquqlardan danışıb, öhdəlikləri gözardı edə bilməzsiniz. Müsəlmanların öz icmalarına, vətəndaşı olduğu ölkəyə xidmət etmək, töhvə vermək öhdəliyi var. Əgər biz siyasəti dəyişmək istəyiriksə, siyasi proseslərdə fəal iştirak etməliyik. İslamafobiya ilə mübarizə fəal iştirakı, hüquqlar və məsuliyyət anlayışına eyni yanaşmağı və müsəlman vətəndaşların siyasi proseslərdə fəallığını tələb edir".

Xəbər Lenti