Amerika Müsəlman və Çoxdinli Qadınların Gücləndirilməsi Şurasının sədri: ​​​​​​​Müsəlman qadınların səsini kəsirlər

Tarix: 09 Mar 2024 15:51

İndi bizim - müsəlman qadınların səsini kəsirlər.

APA xəbər verir ki, bunu Amerika Müsəlman və Çoxdinli Qadınların Gücləndirilməsi Şurasının sədri Anila Ali Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı deyib:

"Bizim təşkilat bu cür yanlış anlaşılma və məhfumları aradan qaldırmaqda israrlıdır. İnanırıq ki, bütün dünyanı cənginə almaqda olan islamofobik düşüncəni önləmək üçün bir ola biləcəyik", - o əlavə edib.

Anila Ali təkcə kağızda deyil, həqiqiliyi ifadə edən tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkib: "Bütün dünyaya bu gün sülh lazımdır. Qadınlar bu sülh prosesinə mümkün töhfəni verməkdən məhrum edilməməlidir".

Xəbər Lenti