, 3 May, 2026
Tarix: 10 Mar 2024 08:56
İndoneziya sahilində 5 maqnitudalı zəlzələ olub.
APA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Bildirilib ki, zəlzələ ocağı yerin 94 km dərinliyində olub. Zəlzələnin episentri İndoneziyanın Teun adasından 34 km cənubda yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.