Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 09:44
Bu gün Bakıda Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) təşəbbüsü, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Alman-Azərbaycan Biznes Konfransı keçirilir.
“APA-Economics” xəbər verir ki, konfransda Almaniyanın səkkiz şirkəti qida emalı, qablaşdırma, avtomatlaşdırma, etiketləmə və saxlama sahələrində texnologiya və həllərini təqdim edəcək.
Əlavə olaraq, tədbir çərçivəsində Almaniya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunacaq, həmçinin fərdi B2B görüşləri keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, konfrans alman biznes nümayəndə heyətinin 26–29 oktyabr 2026-cı il tarixlərində Azərbaycana gerçəkləşdirdiyi dörd günlük səfər çərçivəsində təşkil olunur. Təşəbbüs Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) sifarişi ilə həyata keçirilən, kiçik və orta alman müəssisələri üçün nəzərdə tutulmuş xarici “Bazara Çıxış Proqramı” çərçivəsində reallaşdırılır.
İlahə Səlimova Azərbaycan Almaniya BMWE biznes konfransMənbə: apa.az