Azərbaycan və Rusiya enerji əməkdaşlığının aktual məsələlərini müzakirə edib

Azərbaycan və Rusiya enerji əməkdaşlığının aktual məsələlərini müzakirə edib

Tarix: 27 Oct 2026 09:46

Moskvada Azərbaycan və Rusiya arasında enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlər müzakirə olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüş keçirilib.

Görüşdə GECF çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Emil İsmayılov Azərbaycan Rusiya enerji əməkdaşlığı GECF
Azərbaycan və Rusiya enerji əməkdaşlığının aktual məsələlərini müzakirə edib
Azərbaycan və Rusiya enerji əməkdaşlığının aktual məsələlərini müzakirə edib

Mənbə: apa.az

Xəbər Lenti