Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 10 Mar 2024 09:35
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində Tokayev Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq, eyni zamanda, Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.