Cümə axşamı, 28 May, 2026
Tarix: 11 Mar 2024 16:58
Eyni zamanda, Sizin də doğru qeyd etdiyiniz kimi, Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevinirik.
APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə iştirak etdiyi Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib.
“Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq” – o qeyd edib.
Mənbə: apa.az