Elmi-tədqiqat institutlarına işə qəbulun dayandırılmasına aydınlıq gətirilib

Tarix: 12.03.2024 15:12

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına işə qəbulun dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə elmi-tədqiqat institutlarında düzgün kadr siyasətinin aparılması işi üzrə müzakirələr aparılır:

"Bu istiqamətdə zəruri addımlar atıldıqdan sonra tərəfimizdən bütün yeniliklər barədə əlavə məlumat veriləcək"- deyə sorğuya cavabda bildirilib.

APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Radiasiya Problemləri İnstitutunda 25 və Şamaxı Astrofizika Rəsədxanasında 8 vakant yer olmasına baxmayaraq işə qəbul dayandırılıb.