Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 17 Apr 2026 08:30

Aprelin 16-da ABŞ fond bazarlarında əsas indekslər ticarət sessiyasını artımla başa vurub. “APA-Economics” xəbər verir ki, Dow Jones 0,24% və ya 115 bənd artaraq 48 578,72 bəndə yüksəlib, S&P 500 0,26% və ya 18,33 bənd artaraq 7 041,28 bənd olub, Nasdaq isə 0,36% və ya 86,68 bənd artaraq 24 102,70 bəndə çatıb. Avropa bazarlarında qarışıq dinamika qeydə alınıb. FTSE 100 0,29% (30,41 bənd) artaraq 10 589,99 bənd, DAX 0,36% (87,77 bənd) artaraq 24 154,47 bənd olub. Eyni zamanda, Euro Stoxx 50 0,12% (7,06 bənd) azalaraq 5 933,28 bəndə, CAC 40 isə 0,14% (11,87 bənd) azalaraq 8 262,70 bəndə enib. Asiya bazarlarında isə azalma üstünlük təşkil edib. Nikkei 225 0,97% və ya 576,42 bənd azalaraq 58 941,92 bəndə düşüb, Hang Seng 1,32% və ya 347,28 bənd azalaraq 26 046,98 bənd olub, Shanghai Composite isə 0,30% və ya 14,20 bənd azalaraq 4 722,41 bənd təşkil edib. Analitiklərə görə, ABŞ bazarlarında artım texnologiya sektoruna marağın davam etməsi ilə əlaqələndirilir, Asiya bazarlarında isə azalma investorların ehtiyatlı mövqeyi və qazanc realizasiyası ilə izah olunur.

Rahim Tarıverdiyev

Xəbər Lenti