Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb

Tarix: 17 Apr 2026 08:16

Qlobal enerji bazarlarında neft ucuzlaşıb. “APA-Economics” xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 1,26 ABŞ dolları (1,33%) azalaraq 93,43 dollar/barel təşkil edib. Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti isə 1,21 ABŞ dolları (1,22%) azalaraq 98,18 dollar/barel olub. Analitiklərə görə, qiymətlərin azalmasına əsasən geosiyasi risklərin nisbətən zəifləməsi və bazarda tələb gözləntilərinin aşağı düşməsi təsir göstərib.

Rahim Tarıverdiyev neft neft bazarı

Xəbər Lenti