ING: Neftin bahalaşması Azərbaycanın makroiqtisadi göstəricilərini əhəmiyyətli dərəcədə artırır

Tarix: 17 Apr 2026 09:43

Qlobal enerji qiymətləri üzrə proqnozların yüksəldilməsi fonunda Azərbaycan və Qazaxıstan regionda ən çox fayda əldə edən ölkələrdir.

"APA-Economics" xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"un təhlilində bildirilib.

Qeyd olunub ki, yeni qiymət ssenarisi Azərbaycanda makroiqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır. Belə ki, 2026-cı ildə ölkənin cari əməliyyatlar balansının profisitinin ÜDM-in 8-9%-nə çatacağı, dövlət büdcəsində isə 4,0-4,5% səviyyəsində profisit formalaşacağı proqnozlaşdırılır.

Analitiklər hesab edir ki, bu dinamika Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin güclənməsi ilə bağlıdır və yüksək neft qiymətləri ölkəyə əlavə valyuta axını təmin edir.

Eyni zamanda qeyd edilir ki, regionun digər enerji ixracatçısı olan Qazaxıstan da müsbət təsir əldə edəcək, lakin bu təsir dividend axınları və suveren fondun gəlirlərinin azalması ilə məhdudlaşa bilər.

Bununla yanaşı, hesabatda vurğulanır ki, qlobal əmtəə qiymətlərinin artması inflyasiya risklərini də gücləndirir və bu, mərkəzi bankların daha ehtiyatlı monetar siyasət yürütməsini tələb edir.

Qeyd edək ki, qlobal enerji qiymətlərinin artımı fonunda Azərbaycan iqtisadiyyatında xarici balansın və fiskal mövqenin güclənməsi əsas gözləntilərdən biri kimi qiymətləndirilir.

Rahim Tarıverdiyev ING neft Azərbaycan iqtisadiyyat CƏB büdcə

Xəbər Lenti