Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 09:25
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,54 ABŞ dolları və ya 2,25% artaraq 115,55 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,01 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Rahim Tarıverdiyev Azeri Light neft Azərbaycan