Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 09:50
Brent markalı neftin baza ssenarisi üzrə orta qiyməti 2026-cı ildə 89 dollar/barel, 2027-ci ildə isə 77 dollar/barel səviyyəsində nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group" qlobal enerji bazarları üzrə proqnozunu yeniləyib və neft qiymətləri üzrə gözləntilərini artırıb.
Hesabata əsasən, mənfi ssenaridə isə neft qiymətləri daha yüksək səviyyəyə çata bilər. Belə ki, 2026-cı ildə Brent neftinin qiymətinin 121 dollar/barelə, 2027-ci ildə isə 97 dollar/barelə yüksələcəyi ehtimal edilir.
Analitiklər qeyd edir ki, qlobal enerji qiymətləri üzrə proqnozların yuxarı istiqamətdə yenilənməsi bazarda risklərin artdığını göstərir.
Eyni zamanda vurğulanır ki, bu dinamika enerji ixrac edən ölkələrin gəlirlərinə müsbət təsir göstərir, lakin qlobal inflyasiya təzyiqlərini də gücləndirə bilər.
Qeyd edək ki, neft qiymətləri üzrə yeni proqnozlar qlobal iqtisadi və geosiyasi risklərin davam etdiyi şəraitdə formalaşdırılıb.
Rahim Tarıverdiyev ING neft proqnoz Brent