Sloveniyalı nazir: Azərbaycanla enerji sahəsində əla münasibətlərimiz var, bunu genişləndirəcəyik

Tarix: 17 Apr 2026 12:22

Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirəcəyik.

Bunu APA-nın Türkiyə bürosuna müsahibəsində V Antalya Diplomatiya Forumunda iştirak edən Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer deyib.

O bildirib ki, Azərbaycan və Sloveniya arasında enerji sahəsində çox yaxşı, hətta əla münasibətlər var.

“Son bir neçə ildə Sloveniya ilə Azərbaycan arasında həqiqətən güclü tərəfdaşlıq qurmağa çalışdıq. Keçən il isə xüsusi Anlaşma Memorandumu imzalamağa nail olduq. Artıq əməkdaşlıq edir və birgə fəaliyyət göstəririk. Ümid edirik ki, Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bunu səbirsizliklə gözləyirəm”, - sloveniyalı nazir qeyd edib.

Dəryanur Cəfərova Sloveniya ətraf mühit iqlim energetika naziri Bojan Kumer

Xəbər Lenti