Şuşada ECO-ya üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək

Tarix: 17 Apr 2026 14:33

Aprelin 29-da Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında V Antalya Diplomatiya Forumunda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan bildirib.

Onun sözlərinə görə, Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək, Azərbaycanın Şuşanı turizm paytaxtı kimi tanıtmaq üçün planlaşdırdığı bir sıra tədbirlər təqdim olunacaq.

“Bu istiqamətdə fəaliyyətimiz davam edir. Bu baxımdan Azərbaycan hökumətinə 29 apreldə Şuşada turizm nazirlərinin görüşünə ev sahibliyi etməyə razılıq verdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu görüşün belə çətin bir dövrdə keçirilməsi Azərbaycanın təşkilatın fəaliyyətinə sadiqliyinin göstəricisidir. Bu, həm də turizmin inkişafına verilən əhəmiyyəti və region ölkələrinin turizm sahəsində inteqrasiyasını gücləndirmək istəyini əks etdirir. Mən bu görüşdə iştirak etməyi səbirsizliklə gözləyirəm”, - Baş katib vurğulayıb.

Dəryanur Cəfərova İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katib Əsəd Məcid Xan Şuşa turizm

Xəbər Lenti