Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9%-ə yaxın artıb

Tarix: 17 Apr 2026 17:11

Bu ilin I rübündə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 834,4 milyon manat təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 faiz artıb.

Belə ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çoxdur.

İlahə Səlimova ödənişli xidmət

Xəbər Lenti