Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 17:45
İranın Hörmüz boğazını açmasından sonra qlobal enerji bazarlarında neft ucuzlaşıb.
“APA-Economics” xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin dəyəri 9,95% azalaraq 89,5 dollar/barel təşkil edib.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin dəyəri də 11,05% azalaraq 84,23 dollar/barel təşkil edib.
Xatırladaq ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında İranın Hörmüz boğazını açdığını bildirib.
İlahə Səlimova neft qiymət Brent İran Hörmüz boğazı