ABŞ enerji qiymətlərini aşağı salmaq məqsədilə Rusiya neftinin satışına sanksiya güzəştini uzadıb

Tarix: 18 Apr 2026 14:16

ABŞ Rusiya neftinin satışına dair sanksiya güzəştinin müddətini mayın 16-dək uzadıb.

AFP xəbər verir ki, burada məqsəd enerji qiymətlərinin artımının qarşısını almaqdır.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən lisenziyaya əsasən, bu güzəşt cümə günü etibarilə istənilən gəmidə yüklənmiş Rusiyanın neft və neft məhsullarının 16 may saat 04:01-dək (GMT) alınmasına icazə verir.

Qeyd edək ki, əvvəlki yumşaldılmış sanksiya rejimini aprelin 11-də başa çatıb.

İlqar Xudiyev Rusiya nefti güzəşt müddəti ABŞ enerji qiymətləri sanksiya

Xəbər Lenti