Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 14 Mar 2024 15:19
2023-cü ildən bu günə qədər 21 xəstəyə böyrək köçürməsi həyata keçirilib.
APA xəbər verir ki, bunu Dünya Böyrək gününə həsr olunmuş elmi-praktik konfransda TƏBİB-in tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli APA-ya açıqlamasında deyib.
O bildirib ki, böyrək xəstəlikləri cəmiyyətdə həm də sosial problemdir. Bu səbəbdən də
xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində 43 adda dərman vasitəsi, 10 adda dializ məsrəfi, 35 adda tibbi sərfiyat və ləvazimat xəstələrə təmin edilib.
TƏBİB rəsmisi bu günə qədər İcbari tibbi sığorta xidmətləri zərfi çərçivəsində aparılan orqan transplantasiyası əməliyyatlarına da toxunub.
O bildirib ki, bu günə kimi 37 orqan transplantasiyası həyata keçirilib. Onlardan 21-i böyrək transplantasiyası olub. Hazırda 4 mindən çox aktiv dializ proseduru alan xəstə var.
Bundan başqa Teymur Mirzəbəyli qeyd edib ki, ölkə üzrə 56 hemodializ mərkəzi fəaliyyət göstərir ki, onlardan 45-i TƏBİB tabeli müəssisələrində yerləşir.