Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 16:21
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə ümumi 173 622,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ARDNF-nin 2026-ci il büdcəsinin icrası çərçivəsində 3 210 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, ARDNF aktivləri 2026-cı ilin əvvəlinə 73 541,5 milyon ABŞ dolları (125 020,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
Emil İsmayılov ARDNF dövlət büdcəsi transfert edib