Çərşənbə, 29 Aprel, 2026
Tarix: 27 Apr 2026 17:09
Bu ilin mart ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 17,84 ABŞ dolları səviyyəsində olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Belə ki, fevralda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 58%, illik müqayisədə isə 36% azalıb.
Hesabatda bildirilir ki, mart ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 17,54 dollar təşkil edib, bu da aylıq müqayisədə 62%, illik müqayisədə isə 34% artım deməkdir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov Aİ TTF NBP qazın qiyməti TAP