Azərbaycana yaz fəsli daxil olub

Tarix: 20.03.2024 07:06

Bu gün saat 07:06-da Azərbaycana yaz fəsli daxil olub.

APA xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşib.

Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək.

Xəbər Lenti