Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 09:31
Qlobal fond bazarlarında əsas indekslər son 24 saat ərzində fərqli istiqamətdə dəyişib.
“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə olunub.
Belə ki, Dow Jones indeksi 0,13% azalaraq 49 167,79 bəndə, S&P 500 indeksi 0,12% artaraq 7 173,91 bəndə, Nasdaq Composite indeksi isə 0,20% yüksələrək 24 887,10 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 0,13% azalaraq 22 905,46 bənd, S&P/TSX Composite indeksi isə 0,25% geriləyərək 33 818,18 bənd olub.
Avropa fond bazarlarında əsas indekslərdə əsasən azalma qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,39% azalaraq 5 860,32 bəndə, FTSE 100 indeksi 0,56% geriləyərək 10 321,09 bəndə, DAX indeksi 0,19% enərək 24 083,53 bəndə düşüb. CAC 40 indeksi 0,19% azalaraq 8 141,92 bənd, IBEX 35 indeksi isə 0,01% artaraq 17 692,90 bənd səviyyəsində qərarlaşıb.
Asiya-Sakit okean regionunda da indekslərdə əsasən azalma müşahidə olunub. Nikkei 225 indeksi 0,97% azalaraq 59 950,81 bəndə, Hang Seng indeksi 0,80% geriləyərək 25 719,11 bəndə düşüb. CSI 300 indeksi 0,05% azalaraq 4 768,69 bənd, S&P/ASX 200 indeksi isə 0,62% enərək 8 712,30 bənd təşkil edib. Bununla yanaşı, TOPIX indeksi 0,90% artaraq 3 768,90 bəndə, MSCI AC Asia Pacific indeksi isə 1,17% yüksələrək 258,54 bəndə çatıb.
İlahə Səlimova fond bazarları qlobal indeks göstəriciləri