Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 08:47
Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28.04.2026-cı il tarixində saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.
Emil İsmayılov Bakı qaz təchizatı