Bakıda və bölgələrdə leysan və selin fəsadlarının aradan qaldırılması üzrə görüləcək işlərin SİYAHISI

Tarix: 28 Apr 2026 12:34

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı müəyyənləşib.

APA xəbər verir ki, siyahıda fəsadların aradan qaldırılması üçün ayrı-ayrı qurumlar - Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görüləcək işlər əksini tapıb.

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı ilə buradan tanış olmaq olar.

Qeyd edək ki, Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

leysan yağış sel daşqın sərəncam

Xəbər Lenti