Avropada təbii qazın qiyməti 545 dollara yaxınlaşıb

Tarix: 28 Apr 2026 12:20

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 545 ABŞ dollarına yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, 28 aprel tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 544,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (541,4 dollarov) ilə müqayisədə 0,6% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Emil İsmayılov Aİ TTF qazın qiyməti TAP

Xəbər Lenti