“Gürcü Arzusu” partiyaların ləğvi ilə bağlı konstitusiya iddiasını yeniləyib

“Gürcü Arzusu” partiyaların ləğvi ilə bağlı konstitusiya iddiasını yeniləyib

Tarix: 21 Sep 2026 12:57

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ölkədə fəaliyyət göstərən bir neçə partiyanın qadağan edilməsi ilə bağlı konstitusiya iddiasını yeniləyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, iddiaya “Qaxariya Gürcüstan naminə” partiyası əlavə olunub.

“İddia imzalanıb və bu gün Konstitusiya Məhkəməsinə təqdim olunacaq. İddia açıq olacaq və hər kəs onunla tanış ola biləcək. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi və hakimlər artıq iş üzərində çalışırlar. İddiaya baxılma müddəti doqquz ay təşkil etsə də, məhkəmənin məsələyə daha tez baxmasına heç nə mane olmur”, - deyə spiker əlavə edib.

Xatırladaq ki, “Gürcü Arzusu” ötən ilin oktyabrında sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo - Güclü Gürcüstan” və “Federalistlər” partiyalarının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti