Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb

Tarix: 28 Apr 2026 15:03

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 417 milyon 753 min manat olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 33,1% çoxdur.

İlahə Səlimova sığorta bazarı Azərbaycan yığım ödəniş

Xəbər Lenti