Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim edilib - FOTO

Tarix: 28 Apr 2026 16:25

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Elgün Gəncimsoy köç karvanı Xocavənd Qırmızı Bazar qəsəbəsi

Xəbər Lenti