Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 15:41
Xocavənd şəhərinə və Xocavəndin Xanoba kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim edilib.
APA xəbər verir ki, bununla bağlı keçirilən mərasimlərdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
14.48
Növbəti köç karvanı Xocavənd şəhərinə və Xocavəndin Xanoba kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə (176 nəfər), Xanoba kəndinə isə 60 nəfərdən ibarət 13 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Elgün Gəncimsoy köç karvanı Xocavənd Xanoba







