Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 29 Apr 2026 09:28

Qlobal fond bazarlarında əsas indekslər son 24 saatda fərqli istiqamətdə dəyişib.

“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslərdə əsasən azalma qeydə alınıb. Dow Jones indeksi 0,05% azalaraq 49 141,93 bəndə, S&P 500 indeksi 0,49% geriləyərək 7 138,80 bəndə, Nasdaq Composite indeksi isə 0,90% azalaraq 24 663,80 bəndə düşüb. Eyni zamanda, NYSE Composite indeksi 0,31% azalaraq 22 835,59 bənd, S&P/TSX Composite indeksi isə 0,69% geriləyərək 33 584,34 bənd olub.

Avropa fond bazarlarında Euro Stoxx 50 indeksi 0,41% azalaraq 5 836,10 bəndə düşüb. FTSE 100 indeksi 0,11% artaraq 10 332,79 bəndə yüksəlib. DAX indeksi 0,27% azalaraq 24 018,26 bənd, CAC 40 indeksi 0,46% geriləyərək 8 104,09 bənd olub. IBEX 35 indeksi isə 0,46% artaraq 17 774,90 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionunda isə qarışıq dinamika müşahidə olunub. Nikkei 225 indeksi 1,02% azalaraq 59 917,46 bəndə düşüb. TOPIX indeksi 0,99% artaraq 3 772,19 bəndə yüksəlib. Hang Seng indeksi 1,30% artaraq 26 012,98 bənd olub. CSI 300 indeksi 0,67% artaraq 4 790,25 bənd təşkil edib. S&P/ASX 200 indeksi 0,08% azalaraq 8 786,52 bəndə enib, MSCI AC Asia Pacific indeksi isə 0,40% geriləyərək 257,51 bənd olub.

İlahə Səlimova fond bazarları qlobal indeks göstəriciləri

Xəbər Lenti