Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 14:24
Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır.
Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.
Kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.
Əlibəy Zeynallı Kür çayı Sabirabad Ulacalı körpü
