Xocalının 6, Ağdərənin 1 kəndinə növbəti köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB

Tarix: 29 Apr 2026 14:12

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.

Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. S. Qəhrəmanov çıxışında sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.

***

13.53

Xocalının 6, Ağdərənin 1 kəndinə növbəti köç olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Elgün Gəncimsoy Xocalı köç

Xəbər Lenti