DGK sədri “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib

Tarix: 29 Apr 2026 16:08

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib.

APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

"Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi birdən-birə kəskin şəkildə artdı. Birdən-birə elektron məlumatlar, bildirişlər verilmədən külli həcmdə yüklər hava limanına gətirildi. Bunun həcmi 400 tona qədər qalxdı. Biz məcbur olduq ki, onları az resurslarımızla hesablayaq, kimə məxsus olduğunu, hansı məqsədlərlə gətirildiyini müəyyən edək. Bu mallar başqa məqsədlər üçün də gətirilə bilər. Çünki əmin deyilik ki elektron ticarətlə sırf istehlak üçün və təhlükəsi olmayan mallat gətirilir. Elə dərmanlar var ki, ölkəyə gətirilməsinə icazə olmalıdır. Psixotrop maddələr, digər qadağan edilmiş ola predmetlər ola bilər. Biz balansı qorumalıyıq. “Temu” ilə bağlı məsələ iki həftə çəkdi. Sonra biz o məsələni öz resurslarımızla birtəhər həll etdik. “Temu”-nun qarşısında məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz o məlumatları Risk İdarəetmə Sisteminə daxil edək”, - deyə Şahin Bağırov qeyd edib.

İlahə Səlimova Şahin Bağırov Dövlət Gömrük Komitəsi Temu

Xəbər Lenti