Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 11:41
Bu ilin yanvar-mart aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə 1,081.4 milyon manat faiz gəliri əldə edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.
Qeyd edək ki, aprelin 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 290.3 milyon manat təşkil edib. Kredit portfelinin 16 milyard 214.8 milyon manatı biznes kreditlərinin, 9 milyard 490.9 milyon manatı istehlak kreditlərinin, 4 milyard 584.6 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.
İlahə Səlimova kredit faizləri faiz gəlirləri banklar