Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 10:48
Bu ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 123.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38.3 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 10,5%, banklardan xaricə köçürmələr isə 3,5% artıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.
İlahə Səlimova sürətli pul köçürmələri banklar