Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 15:33
Asiya İnkişaf Bankı (ADB) Qafqaz, Mərkəzi və Qərbi Asiya regionunda 2026-cı il üzrə iqtisadi artım və inflyasiya proqnozunu yeniləyib.
“APA-Economics” bu barədə ADB-yə istinadən xəbər verir.
Məlumata görə, regionda iqtisadi artımın 2026-cı ildə 3,8% təşkil edəcəyi gözlənilir. Hesabatda bildirilir ki, region iqtisadiyyatında əsas paya malik olan Türkiyə ümumi daxili məhsulun 64%-ni formalaşdırır və bu amil ümumi dinamikanın formalaşmasına təsir edir.
ADB qeyd edir ki, region gübrə idxalından yüksək dərəcədə asılıdır və idxalın əhəmiyyətli hissəsi Yaxın Şərqdən təmin olunur. Bu isə Yaxın Şərqdəki gərginlik fonunda təchizat risklərini artırır və qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.
Rahim Tarıverdiyev ADB Asiya İnkişaf Bankı AİB Qafqaz Mərkəzi Asiya Qərbi Asiya iqtisadi artım inflyasiya