Son 6 ildə ailələrinə geri qaytarılan və himayədar ailəyə verilən uşaqların sayı açıqlanıb

Tarix: 30 Apr 2026 15:28

"Himayədar ailə institutunun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla, 800 manat müavinət təsis edilib".

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Həmçinin nazir vurğulayıb ki, müxtəlif səbəblərdən ailələrindən ayrılmış uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi istiqamətində mühüm mexanizmlərdən biri də reinteqrasiya tədbirləridir: “Bu yanaşma uşaqların öz bioloji ailələrinə qaytarılmasını və onların təhlükəsiz, sabit mühitdə yaşamasını təmin etməyə yönəlib. Ümumilikdə, reinteqrasiya tədbirləri nəticəsində 2020-ci ildən etibarən 873 uşaq ailələrinə geri qaytarılıb. Eyni zamanda, ailə və uşaq siyasətinin mühüm istiqamətlərindən biri olan himayədar ailə modeli 2022-ci ildən etibarən uğurla tətbiq olunur. Bu yanaşma fərdi diqqət və qayğı ilə yanaşı, uşaqların sosiallaşmasına və cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu dövr ərzində 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib”.

Günay Elşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Anar Əliyev

Xəbər Lenti