Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 15:10
Bu ilin yanvar–mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər üzrə 357,1 milyon manat faiz ödəyiblər.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edək ki, cari ilin aprel ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) 37 milyard 568.4 milyon manat təşkil edib.
Xatırladaq ki, I rübdə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 342.1 milyon manat faiz gəliri əldə edib.
İlahə Səlimova bank əmanətçiləri depozit gəliri faiz xərcləri ödəniş banklar