Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 14:49
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar Bakıdan yola salınıb.
APA xəbər verir ki, ümumi çəkisi 279 ton olan 4 ədəd taxıl, çəkisi 203 ton olan 3 ədəd vaqondan ibarət gübrə yüklü qatar Ermənistan Respublikasına göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
***
10:21
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə yola salınacaq.
APA xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına taxıl və gübrə göndəriləcək.
Ermənistan taxıl gübrə Rusiya Azərbaycan tranzit





