Elektron xidmətlərlə bağlı tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları təsdiq edilib

Tarix: 30 Apr 2026 16:42

“Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları” təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

elektron xidmətlər qayda dövlət qurum pilot layihə

Xəbər Lenti