Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 18:10
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.
APA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.
Toğrul Quluzadə Azərbaycan Səudiyyə Ərəbistanı Hikmət Hacıyev səfir