Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh sazişi ilə nəticələnəcəyinə ümid edir

Tarix: 29 Nov 2023 21:33

Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnəcəyinə ümid edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının icıasının nəticələrinə dair bəyanatda qeyd olunub.

İclas zaman Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də müzakirə edilib:

“Türkiyə Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək”.

Xəbər Lenti